"Qonşular" Estrada Teatrının "Yeddi aktyor istərəm" konsert proqramı təşkil olunacaq

media-ads_728_90

“Nizami” Kino Mərkəzində “Qonşular” Estrada Teatrının “Yeddi aktyor istərəm” adlı konsert proqramı təşkil olunacaq.

“TV1” xəbər verir ki, konsert proqramı aprelin 26-da keçiriləcək.

Konsert proqramında yumoristik səhnəciklər, musiqili nömrələr, miniatüralar, parodiyalar və ənənəvi səhnəcik olan “Qonşular” səhnəciyi baş tutacaq.

Bu səhnəciklərdə cəmiyyətin qayğıları, sosial münasibətləri və aktual mövzuları yumor, satira və komediya vasitəsi ilə tamaşaçıya təqdim olunacaq.

Qeyd edək ki, konsert proqramı Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunacaq.

Konsert proqramının informasiya dəstəyi “TV1” kanalı tərəfindən həyata keçirilir.

TV1

media-ads_728_90
Paylaş