media-1200x100

Olimpiya çempionlarımız Şəhidlər xiyabanında - FOTO

media-ads_728_90

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

“TV1” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, çempionlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar.

Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

media-ads_728_90
Paylaş