OPEC-in Baş katibi: Azərbaycan uzun illərdir neft sənayesinin öncüllərindən biridir

media-ads_728_90

Bakı qlobal neft sənayesinin beşiyi olmaqla yanaşı, dünya neft tarixində bir çox ilklərə imza atmış şəhərdir.

“TV1” xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Heysəm əl-Qays Bakıda keçirilən “OPEC+” Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir neft sənayesinin öncüllərindən biridir.

“Keçmişdə bu torpaqda baş vermiş sənaye yenilikləri kimi, bugünkü toplantının da neft istehsalçıları, istehlakçıları, investorlar və bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm faydalar verəcəyinə inanırıq”, – Heysəm əl-Qays qeyd edib.

Onun sözlərinə görə, 2019-cu il 2 iyul tarixində OPEC üzvü olan və OPEC-ə daxil olmayan neft hasilatçısı ölkələr tərəfindən Əməkdaşlıq Xartiyasının imzalanması əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu və Əməkdaşlıq Bəyannaməsinin uğurları nəticəsində formalaşmış müsbət dinamikanı daha da gücləndirdi.

media-ads_728_90
Paylaş