Pakistan hərbçilərinin paradda iştirakı Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür - Prezident

media-ads_728_90

Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir.

“TV1” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.

media-ads_728_90
Paylaş