Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsinin keçiriləcəyini elan edib
İran və ABŞ arasında birbaşa dialoqun növbəti raundu “yaxın vaxtlarda” keçiriləcək, diplomatik təmasların nəticələri ümidvericidir.
“TV1” xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif açıqlama verib.
O qeyd edib ki, hazırkı diplomatik səylər “konstruktiv məcrada” inkişaf edir.
Qeyd edək ki, daha əvvəl Vaşinqton və Tehran nümayəndələrinin növbəti birbaşa görüşünün aprelin 16-da İslamabadda təşkil edilə biləcəyi barədə məlumat daxil olmuşdu. “Associated Press” agentliyinin məlumatına görə, tərəflər Pakistanın paytaxtında təkrar danışıqlar imkanını müzakirə edirlər. Bununla belə, Amerika administrasiyasının nümayəndələri yeni məsləhətləşmələr raundunun keçirilmə yeri üçün ehtimal olunan variantlardan biri kimi Cenevrəni göstərirlər.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında uzun sürən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.








