Pakistan XİN rəhbəri həmkarını qarşılayarkən yıxılıb - VİDEO

media-ads_728_90

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda rəsmi görüş zamanı yıxılıb.

“TV1” xəbər verir ki, hadisə Məhəmməd İshaq Darın ölkənin Xarici İşlər Nazirliyində misirli həmkarı Bədr Abdelatini qarşılayarkən baş verib.

Belə ki, qarşılama mərasimi zamanı pakistanlı nazir sürüşüb və yıxılıb.

Darın hadisə zamanı xəsarət almadığı və görüşün planlaşdırıldığı kimi keçirildiyi qeyd olunub.

media-ads_728_90
Paylaş