Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 22 hərbçi ölüb
İyunun 10-da Pakistanda, Müzəffərabad yaxınlığında Mi-17 hərbi helikopterinin qəzaya uğraması nəticəsində azı 22 hərbi qulluqçu həlak olub.
“TV1” xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələr məlumat verib.
Qeyd olunur ki, həlak olanlar arasında 19 əsgər, bir mayor və iki polkovnik var.
Xatırladaq ki, ötən gün Pakistanda ordu aviasiyasının “Mi-17” helikopteri qəzaya uğrayıb. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.








