Paris-2024: 61 yaşlı stolüstü tennisçi rekorda imza atıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qələbə qazanan 61 yaşlı stolüstü tennisçi unikal rekorda imza atıb.
“TV1” xəbər verir ki, Lüksemburq təmilçisi 1/32 finalda türkiyəli Sibel Altınkayanı üstələyərək Olimpiadalar tarixində qalib gələn ən yaşlı stolüstü tennisçi olub.
O, növbəti mərhələdə özündən 38 yaş kiçik çinli Sun Yinqşa ilə qarşılaşacaq.