Paşinyan Baş nazir postuna namizəd oldu
Ermənistanda “Vətəndaş müqaviləsi” partiyasının daxili səsverməsinin iki mərhələsinin nəticələri açıqlanıb.
Nəticələrə əsasən, ölkənin baş naziri Nikol Paşinyan yenidən baş nazir postuna namizəd göstərilib.
“TV1” xəbər verir ki, bu barədə N.Paşinyan sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək.








