Paşinyan: Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək

media-ads_728_90

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

“Avqustun 2-də istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, parlamentin yeni tərkibdəki ilk iclası günü köhnə hökumət istefa verir: “Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək”.

Qeyd edək ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində N.Paşinyanın təmsil etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ qazanıb.

media-ads_728_90
Paylaş