Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan edib

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan guya səsvermədə iştirak etmək üçün Rusiyadan gələn hərbi xidmətə çağırış yaş həddində olan kişilərin ölkədən çıxışına qadağa qoyulması barədə göstəriş verib.

“TV1” xəbər verir ki, hökumət başçısı həmin kateqoriyadan olan vətəndaşların ölkədən çıxışının tam məhdudlaşdırılmasını tapşırıb.

Söhbət seçkilərdə iştirak etmək məqsədilə yaxın vaxtlarda Ermənistana gəlmiş çağırış yaşlı kişilərdən gedir.

Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi artıq ölkəyə gələn vətəndaşlar arasından ayrıca bir bölmə formalaşdırıb. Siyasi prosedurlar başa çatdıqdan sonra onların hərbi xidmətə cəlb olunacağı elan edilə bilər.

Yayılan məlumatlara əsasən, belə şəxslərin müəyyən edilməsi üçün səsvermə zamanı seçki məntəqələrində pasportlara vurulan möhürlərdən istifadə oluna bilər. Bundan əlavə, iddialara görə, polis və sərhəd xidmətlərinin informasiya sistemləri vətəndaşların operativ şəkildə müəyyən edilməsinə və məlumatların dövlət bazaları ilə müqayisə edilməsinə imkan verir.

media-ads_728_90
Paylaş