Paşinyana kilsədə hücum etdilər - VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvanda kilsədə hücuma məruz qalıb.
“TV1” TASS-a istinadən xəbər verir ki, hadisə Müqəddəs Anna kilsəsində baş tutan ayindən sonra qeydə alınıb.
Belə ki, N.Paşinyan ayindən sonra kilsəni tərk edərkən vətəndaşlardan biri öz narazılığını bildirməyə başlayıb.
Bunun ardınca, başqa bir şəxs N.Paşinyana zərbə endirməyə çalışıb. Lakin ölkənin Təhlükəsizlik Xidmətinin əməkdaşları ona mane olub. Daha sonra tərəflər arasında qarşıdurma yaranıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan insidentlə bağlı 3 nəfərin saxlanıldığını açıqlayıb.








