Paytaxtda 90 minə yaxın şagird orta məktəbi bitirir

media-ads_728_90

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.

“TV1” xəbər verir ki, bu barədə BŞTİ-nin məlumatında bildirilir.

Qeyd olunur ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32 052 müəllim fəaliyyət göstərir.

2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

media-ads_728_90
Paylaş