media-1200x100

Paytaxtın bu qəsəbəsində su kəsiləcək

media-ads_728_90

Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

media-ads_728_90
Paylaş