Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
Nepalın mərkəzində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 4-ü məktəbli olmaqla 5 nəfər həlak olub, 14 nəfər yaralanıb.
“TV1” Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, avtobusdakı 19 nəfərin əksəriyyəti məktəbli olub. Avtobus magistral yoldan çıxaraq qəzaya uğrayıb.
Kaski Rayon Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır.








