Peter Madyar Ukraynaya 90 milyard avro yardımın qarşısını almayacaq - VİDEO

media-ads_728_90

Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar Macarıstan və Slovakiya tərəfindən bloklanmış Ukraynaya 90 milyard avro yardımın göstərilməsinin qarşısını almayacağını deyib.

“TV1” xəbər verir ki, P.Madyar bildirib ki, maliyyənin ayrılması ilə bağlı qərar dekabrda Avropa İttifaqının sammitində – Macarıstan, Çexiya və Slovakiyanın iştirakı olmadan artıq qəbul edilib və o, buna yenidən baxmağa əsas görmür.

P.Madyar eyni zamanda, Viktor Orbanı qeyri-sabitliyinə görə tənqid edib: “O, əvvəlcə qərarı dəstəklədi, sonra onun əleyhinə çıxış etdi”.

Macarıstan isə kreditin verilməsində iştirak etməyəcək – ölkə çətin maliyyə vəziyyətindədir və diqqətini əvvəlki hökumətin siyasətləri səbəbindən dondurulmuş AB-nin təxminən 17 milyard avro vəsaitinin açılmasına yönəldəcək.

Əslində bu, Aİ-nin ümumi xəttinə qayıdış deməkdir: Ukraynaya yardıma mane olmamaq (əlavə öhdəlik götürmədən).

media-ads_728_90
Paylaş