Prezident Gəncə terrorunda ailəsini itirən Nilayla - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
“TV1” xəbər verir ki, Memorial Kompleksinin açılışı zamanı ölkə liderinin yanındakı qız uşağı diqqət çəkib.
O, Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyevadır.