Prezident təqaüdçüsü bacılar Oksford və Kembric Universitetlərinə qəbul olunublar
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüləri Həmidə və Nəzrin Sadıqova bacıları Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olunublar.
“TV1” xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, 2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660,9 balla qəbul olunan Nəzrin Sadıqova Oksford Universitetində, 660,2 balla qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirmək niyyətindədir.
Hər iki tələbə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüblər və bu günədək həmin statusu qoruyurlar.








