Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını edib - YENİLƏNİB

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışını edib.

“TV1” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

V.Putin bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm bünövrəsi üzərində inkişaf edir: “Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən çox əvvəl açılmış məşhur Rus Dram Teatrı olduqca uğurla fəaliyyət göstərir”.

xxx

Rusiya Prezidenti Vladimir Putin martın 27-də — Teatr Günü münasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışını edəcək.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Açılış mərasimi videokonfrans formatında keçiriləcək.

D.Peskov bildirib ki, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.

Qeyd edək ki, teatrın yenidən qurulması 2025-ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.

media-ads_728_90
Paylaş