Putin və Paşinyan sabah Moskvada danışıqlar aparacaqlar

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, qarşıdan gələn danışıqlar zamanı V.Putin və N.Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

“Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş