Qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb

media-ads_728_90

Azərbaycanda qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb.

“TV1” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliyi imzalayıb.

Belə ki, qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

media-ads_728_90
Paylaş