Qadın sürücülərin iştirakı ilə 107 QƏZA - 16 nəfər ölüb
Bu il qadın sürücülərin iştirakı ilə baş vermiş qəzaların sayı açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Qeyd olunur ki, bu il qadın sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsində 16 nəfər ölüb və 159 nəfər xəsarət alıb.