Qara dənizdə silahlı insident - Rusiya Türkiyə gəmisinə hücum edib
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Qara dənizdə Panama bayrağı altında üzən, Türkiyəyə aid “Victress” yük gəmisinə zərbə endirib.
“TV1” xəbər verir ki, gəmidə ümumilikdə 9 ekipaj üzvü olub.
Onlar Misir, Türkiyə və Hindistan vətəndaşlarıdır.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasında qeyd olunub ki, mürəkkəb vəziyyət və yanğının daha da yayılması təhlükəsi nəzərə alınaraq, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinə məxsus katerlər tərəfindən ekipajın təxliyəsi üzrə xilasetmə əməliyyatı uğurla həyata keçirilib.
Məlumata görə, ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə edilsə də, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə ilə bağlı əlavə araşdırmalar davam edir.








