Qardaş Azərbaycanın milli mətbuat günü mübarək olsun - ŞKTC-dən TƏBRİK MESAJI

media-ads_728_90

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bayrak Radyo Televizyon Kurumu (BRTK) Yönetim Kurulu Başkanı Özdemir Tokel Azərbaycan jurnalistlərini təbrik edib.

“TV1” xəbər verir ki, Ö.Tokel sosial şəbəkə hesabında Azərbaycan türkcəsində təbrik mesajı yayımlayıb:

“Əziz qardaş Azərbaycanın milli mətbuat günü mübarək olsun. 150 il əvvəl Azərbaycanda atılan ilk mətbuat addımı yalnız xalqın səsi olmaqla kifayətlənməmiş, eyni zamanda millətin yaddaşını formalaşdırmağa da başlamışdır. Çünki bir toplumun yaddaşı çox zaman bir xəbərdə, bir qəzet manşetində və ya bir müxbirin sualında canlanar, əbədiləşər.

Məhz buna görə də mətbuat cəmiyyətlər üçün son dərəcə önəmli və tarixi bir missiyaya sahibdir.
Bu gün Azərbaycandakı qardaşlarımız Milli Mətbuat Günü münasibətilə həm söz haqqını, həm ifadə azadlığını, həm də ictimai yaddaşlarının canlılığını qeyd edirlər.

Bu münasibətlə qardaş Azərbaycanın qələm sahiblərini, sahədə əziyyət çəkən müxbirlərini, manşetlərin arxasındakı görünməz qəhrəmanları hörmətlə salamlayıram.

Zərdabinin başladığı bu şərəfli yol bu gün Şimali Kipr Türk Cümhuriyyətində də əks-səda verir.

Biz də bu qardaşlıqdan güc alaraq, eyni ürəyin səsi ilə danışan iki xalq olaraq öz sözümüzü dünyaya daha güclü şəkildə çatdırmaq üçün çalışırıq. Azərbaycan mətbuatının sabahına töhfə verən hər kəsə ürəkdən təşəkkür edir, Azərbaycan mediasının Kuzey Kıbrıs Türk Cümhuriyyəti xalqına göstərdiyi qardaşlığı salamlayır, media orqanları arasında ortaq dilin qurulmasına töhfə verən bütün media əməkdaşlarına dərin sevgilərimi çatdırıram”.

 

media-ads_728_90
Paylaş