Qazaxıstan buğdası Ermənistana çatdırıldı

media-ads_728_90

Rusiyadan gələn taxıldan sonra Qazaxıstandan idxal olunan buğda da Ermənistana çatıb.

“TV1” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, yük tranzit olaraq Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçib.

Qeyd edək ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar noyabrın 6-sı Azərbaycandan Ermənistana yola salınıb.

media-ads_728_90
Paylaş