Qəzzada ölənlərin sayı 40 minə çatıb
Ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində indiyədək 39 min 677 fələstinli həyatını itirib.
“TV1” xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 91 min 645 nəfərin isə xəsarət aldığı bildirilir.
Son sutkada ölənlərin sayı 24, yaralananların sayı isə 110-dur.