Qrız və Xınalıqda qar yağır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 16:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.
Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.
Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.








