Reuters: Çin tankeri Hörmüzdən keçib 

media-ads_728_90

ABŞ tərəfindən Hörmüz boğazında blokada elan edildikdən sonra ilk dəfə olaraq sanksiyaya məruz qalmış Çin tankeri bu ərazidən keçib.

“TV1” xəbər verir ki, “Reuters” Agentliyinin qlobal LSEG məlumatlarına istinadən yaydığı xəbərə görə, ABŞ sanksiyalarına məruz qalan Çin neft-kimya tankeri “Rich Starry” blokadaya baxmayaraq, Hörmüz boğazını keçərək yoluna davam edib.

Qeyd olunur ki, bu, blokadanın tətbiqindən sonra həmin marşrut üzrə qeydə alınan ilk keçiddir.

“Rich Starry” tankeri Shanghai Xuanrun Shipping Co Ltd şirkətinə məxsusdur və təxminən 250 min barel metanol daşıyır. Yükün BƏƏ-dəki limanlardan birində gəmiyə yükləndiyi bildirilir.

media-ads_728_90
Paylaş