media-1200x100

Roma Papası Yaxın Şərqdəki qarşıdurmalarla bağlı çağırış edib

media-ads_728_90

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Qəzzada humanitar vəziyyətin “ağır” olduğunu bəyan edərək, Yaxın Şərqdə artan münaqişələr qarşısında atəşkəs çağırışını təkrarlayıb.

“TV1” xəbər verir ki, çərşənbə günləri Vatikanda xalqa açıq ümumi qəbul iclası keçirən Papa çıxışında Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini qeyd edib.

Papa vəziyyətin ağır və dayanıqsız olduğu Qəzzada və münaqişələrin yaşandığı bütün bölgələrdə atəşkəs çağırışını təkrarlayıb və Yaxın Şərqdə davam edən qarşıdurmalara son qoyulması üçün dua etdiyini bildirib.

media-ads_728_90
Paylaş