Roma Papasının təyyarəsində problem aşkarlanıb

media-ads_728_90

Roma Papası XIV Leonu Türkiyəyə aparan “ITA Airways” şirkətinə məxsus “Airbus A320” təyyarəsi aşkarlanan problem səbəbindən modifikasiya olunacaq.

“TV1” xəbər verir ki, ANSA agentliyinin məlumatına görə, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidməti xəbər yayıb.

“Zəruri detal – monitor artıq Romadan göndərilir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Papa noyabrın 27-də Türkiyəyə gedib, noyabrın 30-da eyni təyyarə ilə səfərinin ikinci dayanacağı olan Livana yollanmalıdır. Onun Romaya qayıdışı dekabrın 2-ə planlaşdırılıb.

media-ads_728_90
Paylaş