Rusiya Dnepropetrovska zərbələr endirib - İki nəfər ölüb, üç nəfər yaralanıb
Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Xilasedicilər zərərçəkənlərdən birini təhlükəli zonadan təxliyə edərək tibb müəssisəsinə çatdırıblar. Hücumlar nəticəsində müəssisə və avtomobillər zədələnib.
Eyni zamanda, Dnepr, Pavloqrad və Sinelnikovo rayonları da zərbələrə məruz qalıb, orada qida sənayesi müəssisəsinin və kənd sovetinin binaları, təhsil müəssisəsi, fərdi evlər və mağazalar zədələnib.








