Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırdı
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
“TV1” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Pavloviç Kopırkin Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşma istiqamətində atdığı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa ziyan vuran addımları ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, – deyə məlumatda bildirilib.








