Rusiyada "An-26" təyyarəsi qəzaya uğrayıb - 29 nəfər həlak olub
“An-26” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.
“TV1” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Axtarış-xilasetmə qrupu tərəfindən “An-26″ təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, altı heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub”, – deyə qurumun məlumatında bildirilir.
Martın 31-də Moskva vaxtı ilə təxminən saat 18:00-da Rusiya tərəfindən ilhaq edilmiş Ukraynanın Krım ərazisi üzərində planlı uçuşun həyata keçirilməsi zamanı “An-26” hərbi nəqliyyat hava gəmisi ilə əlaqə kəsilib.
Təyyarənin qayaya çırpıldığı bildirilir. Hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır.








