Rusiyanın iqtisadi təzyiqləri qarşısında Ermənistana hansı ölkələr dəstək olur?
Ermənistan üçün bu ağır günlərdə iqtisadi təzyiqlər qarşısında bir sıra ölkələr yardım əlini uzadır. İstehsalçılar süni maneələrlə üzləşirlər. İstiqamət isə iqtisadiyyatı şaxələndirmək, yeni bazarların tapılmasıdır.
Rusiya tərəfindən erməni bizneslərinə qarşı məhdudiyyətlər qoyulur. O, tərəfdaş statusunu və strateji təsir imkanlarını itirir, Ermənistan isə Qərbin və yeni tərəfdaşların dəstəyi sayəsində qlobal standartlara uyğun işləməyi öyrənir. Bu sanksiyalar Ermənistanın Rusiya bazarından çıxışını sürətləndirir və münasibətləri pisləşdirir.
Diqqətçəkən isə yəqin ki, Avropadan gələn yardımdır. Zərər çəkmiş sektorların (kənd təsərrüfatı, çiçəkçilik) dəstəklənməsi üçün 58 milyon avro vəsaitin ayrılması açıqlanıb. Onlar həmçinin əsas erməni mallarının rüsumlarının ləğvi və ya azaldılması proqramına başlayırlar. İşçi Qrupun (real vaxt rejimində yardımın və iqtisadiyyatın şaxələndirilməsinin əlaqələndirilməsi üzrə Aİ-Ermənistan birgə işçi qrupu – red.) yaradılması təsdiq edilib.
Latviya Rusiyanın qadağasından dərhal sonra erməni qızılgüllərinin partiyasını (əvvəl 5500, sonra 10000) qəbul edən ilk ölkə oldu. Onlar Ermənistan məhsullarının bütün Baltikyanı ölkələr üzrə yayılması üçün logistik mərkəz rolunu oynayırlar.
Erməni qızılgüllərinin ilk partiyası qapalı Rusiya bazarına alternativ olaraq, Ukraynaya göndərilib və ticarət dövriyyəsi 23% artıb.
İsveç erməni qida istehsalçılarını İsveç və Ümumavropa bazarlarına çıxmaq üçün hazırlamaq üçün üç illik layihə (Ermənistandan gələn ləzzətlər) başlayıb.
Niderland erməni istehsalçılarına dünyanın ən böyük gül auksionu olan Royal FloraHollanda çıxış imkanı verir. Bu, əvvəllər Rusiyaya göndərilmiş milyonlarla çiçəyi bütün dünya üzrə müştərilərə yönləndirməyə imkan verir.
Kanada və Böyük Britaniya – Ermənistan hökumətinin bu iki ölkəyə (həmçinin Aİ-yə) təzə tərəvəz, meyvə və güllərin çatdırılmasına görə, öz ixracatçılarına gömrük rüsumlarını tam kompensasiya edən proqram təqdim edib. Bu, erməni mallarını daha ucuz və Britaniya və Kanada bazarlarında daha rəqabətli edir.
Türkiyə və Gürcüstan: Gürcüstandan Türkiyəyə birbaşa dəmir yolu xəttinin açılması artıq təsdiqlənib. Bu, Ermənistan mallarının (o cümlədən balıq və Cermuk suyu – red.) Rusiya ilə sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsindən keçmədən dünya bazarlarına çıxmasına şərait yaradır.
Mətanət Əliyeva








