Rusiyanın İrana göndərdiyi növbəti yardım Azərbaycandan yola salınıb - YENİLƏNİB 2
Rusiyadan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları bu gün saat 12:10-də “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.
“TV1” xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanının daşıdığı humanitar yardımın ümumi həcmi 140 tondan artıqdır.
xxx
Rusiyadan İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
“TV1” xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından keçdikdən sonra Şimal–Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınacaq.
Xatırladaq ki, bu gün gecə saatlarında 31 vaqondan ibarət humanitar yük qatarı da Astara dəmir yolu sərhəd keçid məntəqəsindən İrana göndərilib.
Əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.
xxx
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Astara dəmir yolu stansiyasına daxil olduqdan sonra Astara terminalı vasitəsilə İrana yola salınıb.
“TV1” xəbər verir ki, əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.
Humanitar yük İran İslam Respublikasında “Cənub” yük terminalına təhvil veriləcək.








