Saakaşvilinin erməni xalqına MÜRACİƏTİ: Gürcüstanın səhvini təkrar etməyin

media-ads_728_90

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili rəsmi sosial şəbəkə hesabında erməni xalqına müraciət edib.

“TV1” xəbər verir ki, müraciətdə deyilir:

“Samvel Karapetyan – ermənilərin İvanişvilisidir. Hesab edirəm ki, ermənilər İvanişvilinin Gürcüstana nə gətirdiyini bilirlər – bu, korrupsiya, cinayətlər, milli sərvətlərin talan edilməsi, kütləvi siyasi repressiyalar, sosial şəbəkələrdə fikir ifadə etmək azadlığının məhdudlaşdırılması, beynəlxalq təcrid və Moskvanın qulluğuna əsaslanan diktaturadır.

Əziz qonşular ermənilər, siz belə bir ölkəyə sahib olmaq istəyirsiniz? Mövcud hökumətə münasibətdə nə dərəcədə tənqidi olursunuzsa olun, Gürcüstanın səhvini təkrar etməyin.

Gürcüstan da Rusiya qazı olmadan bacardı, lakin onu digər qonşularından qat-qat ucuz qiymətə satın alırdı. Ermənistan da eyni addımı ata bilər.

İndi həm Avropa, həm də Amerikanın sizi dəstəklədiyi bir vaxtda, bu şansı əldən verməyin və özünüzü dünyadan təcrid etməyin.

Gürcüstanın çox kədərli presedentinin göstərdiyi kimi, oliqarxa səs vermək və Paşinyanın əleyhinə çıxmaq tamamilə intihar olardı, mən sizin böyük millətinizin müdrikliyinə güvənirəm və heç vaxt belə bir addım atmayacağınıza ümid edirəm”.

media-ads_728_90
Paylaş