“Sabah” basketbol klubu Çempionlar Liqasında mübarizəyə başlayır

media-ads_728_90

“Sabah” basketbol klubu bu gün Çempionlar Liqasının müntəzəm mövsümünün ilk turunda Çexiyada “Nimburk” komandası ilə qarşılaşacaq.

“TV1” xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Rimas Kurtinaytis və basketbolçusu Hassani Qravett oyunla bağlı fikirlərini klubun mətbuat xidmətinə açıqlayıblar.

H. Qravett isə Çempionlar Liqasında ilk oyunlarını səbirsizliklə gözlədiyini söyləyib: “Komandada atmosfer çox yüksək səviyyədədir. Düşünürəm ki, oyun planında aqressiv olmalıyıq. Çox böyük istəklə mübarizə aparmalıyıq. Motivasiyamız yüksəkdir. Bir sözlə, bütün diqqətimiz oyuna köklənib”.

Qeyd edək ki, “Nimburk” – “Sabah” oyunu bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

media-ads_728_90
Paylaş