Sabah aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq
Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə aprel ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
“TV1” xəbər verir ki, bu barədə Fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.








