Sabah respublika üzrə pensiyaların ödənişi tam yekunlaşdırılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 22-də respublika üzrə iyul ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
“TV1” xəbər verir ki, DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.








