Sabaha olan hava proqnozu - Buludlu, yağmursuz...
Azərbaycanda martın 25-nə olan hava proqnozu açıqlanıb.
“TV1” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-10° isti təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacağı ehtimal edilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacağı gözlənilir, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-9° isti, gündüz 9-13° isti olacağı ehtimal edilir.








