Şahin Şıxlinskiyə AZADLIQ! - Diaspor rəhbərinin saxlanılma anları/VİDEO

media-ads_728_90

“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.

“TV1” xəbər verir ki, məlumatı təşkilat rəhbərinin oğlu Mutvali Şıxlinski təsdiqləyib.

“Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi”, – deyə o, qeyd edib.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs olunması barədə məlumatı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən də təsdiqləyiblər.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski sərbəst buraxılıb. Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.

 

media-ads_728_90
Paylaş