Şahmat millimiz Avropa çempionluğunun bir addımlığında 

media-ads_728_90

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxacaq.

“TV1” xəbər verir ki,  yığmamız son turda Serbiya ilə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv 8 turdan sonra 13 xalla Ukrayna millisi ilə birgə liderliyi bölüşür. Yığma bu gün qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcək.

Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

media-ads_728_90
Paylaş