Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
“TV1” xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv yarışı 13 xalla ikinci sırada bitirib.
Ukrayna qızıl, Serbiya bürünc medala sahib çıxıb.
17:20
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının son turunda məğlub olub.
“TV1” xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv IX turda Serbiyaya uduzub – 1:3.
Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.
Qadınlardan ibarət seçmə isə sonuncu görüşdə Polşaya yenilib – 1.5:2.5. Komandanın mükafatçılar sırasında yer ala bilməyəcəyi ötən tur dəqiqləşmişdi.