Zəlzələdə dağıntı və ya insan xəsarəti ilə bağlı məlumat daxil olmayıb - RƏSMİ
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4, 7 maqnituda zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, FHN-in mətbuat xidmətindən bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.








