Sankt-Peterburqda uçuşlar ləğv edilir
Sankt-Peterburqun Pulkovo hava limanında 30-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.
“TV1” TASS-a istinadən xəbər verir ki, Yekaterinburq, Moskva və Krasnodara da daxil olmaqla, 23 uçuş təxirə salınıb.
Qeyd edək ki, hava limanının mətbuat xidməti daha əvvəl 10 reysin təxirə salındığını bildirmişdi. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Pulkovo hava limanına gəliş və uçuşlar yerli vaxtla saat 00:52-də dayandırılıb.








