SEPAH: ABŞ-a məxsus “F35” anqarı vurulub

media-ads_728_90

Bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İordaniyada ABŞ-ın hərbi bazasını bir neçə ballistik raketlə atəşə tutub.

“TV1” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

“ABŞ-ın Ələzrəq hərbi hava bazasına ballistik raket hücumunda SEPAH-ın Aeronavtika Qüvvələri “F35” qırıcı təyyarələrinin saxlandığı və təmir olunduğu anqarı atəşə tutublar. Nəticədə 3 ədəd “F35” qırıcı təyyarəsi tam şəkildə məhv edilib və daha üç qırıcı təyyarəyə ağır zərbələr endirilib”, -deyə məlumatda qeyd olunur.

SEPAH bu hücumda bir neçə ABŞ hərbçisinin də öldüyünü bildirib.

Qeyd edilib ki, bu hücum ABŞ-ın İranın Qeşm adasına hücumuna reaksiya olaraq həyata keçirilib.

Əlavə edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, 30 iyulda İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə qurğuları, sahil müşahidə və müdafiə məntəqələri və dəniz imkanları da daxil olmaqla onlarla hədəfə zərbələr endirilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

media-ads_728_90
Paylaş