SEPAH: İran tərəfindən vurulan ABŞ qırıcısının pilotu əsir götürülüb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ-yə məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib.
“TV1” xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında bildirilir.
“ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu “Black Hawk” və “Hercules-130″ helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki ABŞ qırıcısını vurub.








