Si Cinpin və Donald Tramp nələri müzakirə edəcək? - DETALLAR
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp ölkələr arasında münasibətlər, dünya sülhü və inkişafı ilə bağlı əsas məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
‘’TV1’’ xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə Prezident Donald Trampın Çinə planlaşdırılan səfəri ilə bağlı sualları cavablandırarkən bildirib.
O qeyd edib ki, Çin əməkdaşlığı genişləndirmək, fikir ayrılıqlarını idarə etmək, dünyada sabitliyin və əmin-amanlığın təmin edilməsi üçün ABŞ ilə hörmət və qarşılıqlı fayda şəraitində işləməyə hazırdır.
Xatırladaq ki, D.Tramp mayın 13-15-də Çinə rəsmi səfər edəcək. Bu, ABŞ Prezidentinin Çinə 9 ildən sonra ilk, həm də D.Trampın Birləşmiş Ştatların prezidenti olaraq Çinə ikinci səfəri olacaq. D.Trampın Çinə ilk səfəri əvvəlki prezidentliyi dövründə 2017-ci ildə olub.








