Sietl şəhərində kütləvi atışma - İki nəfər ölüb

media-ads_728_90

Amerikanın Sietl şəhərində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb, ən azı beş nəfər yaralanıb.

“TV1″ xəbər verir ki, atışma bazar günü axşam bir neçə min insanın iştirakı ilə “Bite of Seattle” qastronomiya festivalının keçirildiyi “Seattle Center” kompleksinin ərazisində baş verib.

Yerli vaxtla saat 18:00 radələrində ərazidə silsilə atəş səsləri eşidilib. Bundan sonra ziyarətçilər qaçmağa və sığınacaq axtarmağa başlayıblar. Şahidlərdən biri çoxlu insan toplaşdığı üçün izdiham yarandığını bildirib.

Yaralıların çatdırıldığı “Harborview” tibb mərkəzindən dörd zərərçəkənin vəziyyətinin kafi qiymətləndirildiyini qeyd ediblər, 56 yaşlı qadının aldığı odlu silah yarası isə kritikdir.

Hazırkı vaxta qədər şübhəlinin saxlanılması barədə məlumat daxil olmayıb. Polis sakinləri hadisə ərazisindən uzaq durmağa çağırıb.

media-ads_728_90
Paylaş