Son 24 saatda Qəzzada 71 nəfər həlak olub
İsrail Müdafiə Qüvvələrinin Qəzza sektorundakı hərbi əməliyyatları nəticəsində son 24 saat ərzində 71 nəfər həyatını itirib.
“TV1” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Bundan başqa, ərazidə qida çatışmazlığı səbəbindən iki yeni doğulmuş körpənin dünyasını dəyişdiyi qeyd olunur.